Çində mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 23-ü ölkənin cənub-qərbində yerləşən Quyçoju əyalətində qeydə alınıb. Bu barədə yerli FHN məlumat yayıb.
Məlumata görə, mikroavtobus Tunjenı şəhər dairəsinin Sınan rayonundan keçən zaman naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Qəzada 3 nəfər ağır xəsarət alan şəxslər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man