Meksikada iki mühərrikli “Piper PA-30” təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Çiuaua ştatında qeydə alınıb. Bu barədə “Televisa” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, göyərtəsində pilot və 3 sərnişin olan təyyarə Kuautemok bələdiyyəsi ərazisinin qarğıdalı sahəsinə düşüb və o tamamilə məhv olub.
Mülki aviasiya idarəsi qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man