Ucarda yol qəzası olub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, qəza Bakı-Qazax yolunda, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 1960-cı il təvəllüdlü Aydın Tahir oğlu Mehdiyevin idarə etdiyi minik avtomobilinin təkəri partlayıb, nəticədə sürücü idarəetməni itirib və maşın aşıb. Qəza zamanı xəsarət alan sürücü Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man