Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO

Yol qəzaları 18 İyul 2019 | 07:36
OXUNUB: 755

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib. 27 yaşlı Rəhimov Kənan Zöhrab oğlunun F.Xoyski küçəsilə idarə etdiyi "Peugeot" markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq əks yola çıxıb və "Niva" markalı avtomobillə toqquşub. Nəticədə "Peugeot"nun sürücüsü K.Rəhimov və "Niva"nın adı hələlik bəlli olmayan sürücüsü xəsarət alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İkinci sürücünün vəziyyəti daha ağırdır. Əraziyə Nərimanov Rayon Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. YPX əməkdaşları ərazidə başqa hadisənin baş verməməsi üçün tədbirlər görüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man