Çinin şərqində yerləşən Çzyansu əyalətində minik avtomobilinin bir neçə motosikletlni vurması nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 17-si Çançjou şəhərinin Çzinılin və Laodun yollarının kəsişməsində qeydə alınıb. Bu barədə Çançjou şəhərinin yol polisi idarəsindən məlumat verilib.
Məlumata görə, yerli dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin sürücüsü bilinməyən səbəbdən, onlar üçün ayrılmış zolaqda hərəkət edən motosikletliləri vurmağa başlayıb.
Yaralılar xəstəxanalara çatdırılıb, onlardan 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin qəsdən və ya bədbəxt hadisə kimi törədilməsi araşdırılır.
Qəzanı törədən 33 yaşlı sürücü həbs edilib, polis təhqiqatlara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man