İranda mikroavtobusun qəzaya uğraması nəticəsində üçü uşaq olmaqla 13 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb. Avtosfer.az “İRNA” agentliyinə istinadən məlumat verir ki, insident İsfahan əyalətinin Xonsar şəhəri yaxınlığında qeydə alınıb.
Şəhər qubernatoru Mansur Kamali agentliyə bildirib ki, qəza mikroavtobusun əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verib və idarəetmədən çıxaraq uçuruma yuvarlanıb.
Yaralıların hadisə yerindən xəstəxanaya çatdırılması üçün dərhal xilasetmə xidmətinin helikopteri gəlib.
Qəzanın təfərrüatları araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man