8 paraşütçünün olduğu təyyarə çaya düşdü: 9 ölü

Yol qəzaları 15 İyul 2019 | 08:38
OXUNUB: 783

İsveçdə tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, hadisə iyulun 14-ü Umeo şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “The Local” nəşri məlumat yayıb.

Məlumata görə, təyyarə yerli vaxtla 13.30-da Umeo hava limanından 8 paraşütçü ilə havaya qalxıb. 42 dəqiqədən sonra təyyarədən qəza siqnalı gəlib və adaya – Umelven çayının deltasına düşüb.

Nəşrin saytında qeyd edilir ki, təyyarə tək mühərrikli “GippsAero GA8 Airvan 8” olub.

Qəzada 8 paraşütçü və pilot ölüb.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man