Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb. Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin güzgüsü əriyib. Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fidan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man