Bakıda mobed piyadanı vurub öldürüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. 1997-ci ildə Masallı rayonunda anadan olmuş, Masallı şəhəri, H.Əliyev prospekti, ev 56, mənzil 6-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, dəniz yolu küçəsi, nömrəsiz yeni tikili evdə yaşayan Məmmədov Elvin Salman oğlu idarə etdiyi “Mondeal” markalı mopedlə Buzovna-Mərdəkan şossesi, Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirlik yeni yaşayış sahəsində yaşayan 1957-ci il təvəllüdlü Samonin Qriqori Pavloviçi vurub. Piyada sol ayağın açıq sınığı, döş qəfəsinin küt travması və baş beyinin əziyi xəsarəti ilə 3 saylı Birləşmiş şəhər xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Məlumatla əlaqədar Xəzər RPİ-nin İŞ tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man