Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 11-də saat 23 radələrində Qızılavar kəndi ərazisində Bədəlan kənd sakini N.Cavadov idarə etdiyi “İsuzu” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərdən Cavid Əhmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man