Sərnişin qatarı yük qatarına çırpıldı: azı 9 ölü, 67 yaralı

Yol qəzaları 11 İyul 2019 | 10:44
OXUNUB: 656

Pakistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb, 67 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Pəncab vilayətində qeydə alınıb. Bu barə “Geo TV” telekanalı məlumat yayıb. Məlumata görə, Kvettıdan Laxora sərnişin daşıyan qatar yüksək sürətlə Rahimyar-Har şəhərində dayanmış yük qatarına çırpılıb. Bildirilir ki, sərnişin qatarı öz yolu ilə hərəkət etməyib. Xəsarət alanlar arasında 9-u qadın 11-i isə uşaqdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hakimiyyət rəsmiləri ölənlərin sayının artacağından ehtiyatlanır.

İnsidentin təfərrüatları araşdırılır.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man