Bakıda sürücünün vuraraq atıb qaçdığı qadın piyada ölüb

Yol qəzaları 11 İyul 2019 | 08:35
OXUNUB: 992

Suraxanı rayonunda qadın yolu keçərkən avtomobil tərəfindən vurulub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı bazarının yaxınlığında baş verib. Minik avtomobili şəxsiyyəti hələlik bəlli olmayan təxminən, 50 yaşlı qadını vurub. Hadisədən sonra sürücü ərazidən yayınıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq yaralı dünyasını dəyişib. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Faktla bağlıa araşdırma başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man