Masallıda ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Yol qəzaları 09 İyul 2019 | 12:29
OXUNUB: 992

Masallı rayonunda 8 nəfərin ölümünə səbəb olan ağır yol qəsası ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Bunu Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

O əlavə edib ki, bu gün səhər saat 7 radələrində "Mercedes" markalı 99-LH-458 dövlət nömrə nişanlı mirkoavtobusla Astara istiqamətində hərəkətdə olarkən eyni istiqmətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

"Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı müvafiq istintaq hərəkətləri davam edir"- deyə R.Quliyev bildirib.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man