Türkiyənin Tunceli vilayətində iki TIR-ın iştirakı ili baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Tunceli-Ovacıq avtomobil yolunun 20-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Tunceliden Ovacıqa istiqamətində hərəkətdə olan Mustafa B.-nin idarəsində olan 23 AAB 499 dövlət qeydiyyat nişanlı TIR qarşı yoldan gələn Əhməd Y.-nın idarə etdiyi 23 AL 053 dövlət qeydiyyat nişanlı TIR-la toqquşub.
Hadisə nəticəsində yaralanan 7 nəfər təcili tibbi yardım maşınları ilə Tunceli Dövlət Xəstəxanasına çatdırılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man