Heydər Əliyev prospektində minik avtomobili işıq dirəyinə çırpılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, prospektin Nərimanov rayonu ərazisində “Koroğlu” metrosu istiqamətində “BMW X5” markalı avtomobili yüksək sürətlə idarə edən Aysel Məmmədov nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Sürücü xəsarət alıb. Hadisə nəticəsində prospektdə tıxac yaranıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man