Salyanda yol qəzası: ölən və xəsarət alanlar var

Yol qəzaları 08 İyul 2019 | 07:36
OXUNUB: 884

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Prado” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb. Qəza nəticəsində Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu, həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu və 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. Həkimlərin səyinə baxmayaraq Cavid Tahirli xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***22:42

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Prado” markalı avtomobillə digər minik maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man