Saatlıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Saatlı şəhər Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Mehdizadə İbrahim Famil oğlunu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetməyə tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərinə gödərilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man