Yük maşını Rusiya səfirliyinin binasına çırpıldı

Yol qəzaları 05 İyul 2019 | 21:25
OXUNUB: 2175

Tehranda yük maşını Rusiya səfirliyi binasının divarına çırpılıb. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, diplomatik missiya insidentin baş verdiyini RİA Novosti-yə təsdiqləyib. Yol nəqliyyat hadisəsindən sonra səfirlik əməkdaşlarının həyat və sağlamlığına, eləcə də xarici nümayəndəliyin təhlükəsizliyinə heç bir təhdid olmadığı bildirilir.

Bir qədər əvvəl İran mediası xəbər verib ki, beton daşıyan maşın Tehranda Rusiya səfirliyinin binasının divarına çırpılıb. Qəza nəticəsində avtomobilin çevrildiyi və başqa avtomobillərə dəydiyi bildirilir. "Bu məlumatı təsdiqləyirik. Səfirlik əməkdaşları arasında xəsarət alan yoxdur. Yol nəqliyyat hadisəsi səhər yerli vaxtla saat 04:40-da baş verib", - səfirlikdən RİA Novosti-yə deyilib. İlkin versiyaya görə, yol nəqliyyat hadisəsi yük maşınının əyləcində yaranmış problem nəticəsində baş verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man