Təkəri partlayan mikroavtobus tarlaya uçdu: 3 nəfər yaralandı

Yol qəzaları 05 İyul 2019 | 15:40
OXUNUB: 860

Türkiyənin Kastamonu vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Kastamonu-Araç magistral yolunun Kuracaörən kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Osman A. (45) idarəetməsindəki 37 SL 835 dövlət qeydiyyat nişanlı mikroavtobus hərəkətdə olan vaxt təkəri partlayıb. İdarəetmədən çıxan mikroavtobus aşıb və sürüklənərək tarlaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsindən uçaraq yola düşən sürücü Osman A., Mustafa A. (78) və Ayşə E. (45) xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə Kastamonu Dövlət xəstəxanasına çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man