Türkiyənin Antalya vilayətində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralanan turistlərdən 6 nəfərin Almaniya, 2 nəfərin isə Rumıniya vətəndaşları olduğu qeyd edilir. Yaralılar xəstəxanaya yerləşdirilir. 2 yaralının vəziyyəti ağır qiymətləndirilir. Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man