Türkiyənin Ərzincan vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Ərzincan-Sivas magistral yolunun Refahiyə rayonu ərazisində qeydə alınıb. Məlumata görə, Təknə kəndi istiqamətində 34 UT 6018 dövlət qeydiyyat nişanlı avtomobil BC 099 Almaniya dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Qəzada biri qadın olmaqla 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2-si ağır 6 nəfər isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man