Argentinada bir qrup təqaüdçünü daşıyan avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Tukuman vilayətində qeydə alınıb. Bu barədə “Nacion” portalı məlumat yayıb. Avtobus Mendosa şəhərindən kurort şəhəri olan Termas-de-Rio-Ondoya gedirmiş.
İlkin məlumatlara görə, qəzaya yolda qatı duman və məsafə görünüşünün pis olması səbəb olub.
Hadisə yerinə xilasetmə və səhiyyə briqadaları cəlb edilib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man