İyunun 28-də saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakinləri A.Qandayevin idarə etdiyi “VAZ-21015” və Y.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib. Nəticədə Y.Hacıyevin sərnişini, həmkəndlisi Əmanət Hacıyeva xəstəxanaya yerləşdirilib və orada ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man