Türkiyənin Ordu vilayətində avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Məsudiyyə rayonunun Mahmudiyə məhəlləsində qeydə alınıb.
Məlumata görə, Şanlıurfadan gəzməkdən gələn insanları daşıyan 52 ABB 425 dövlət qeydiyyat nişanlı avtobus, sürücüsü Əmrah Katırcının idarəetməsindən çıxaraq aşıb.
Qəzada yaralanan 16 nəfər təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıb. Onlardan Cəmilə Ay həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man