Rusiyanın İrkutsk əyalətində sərxoş sürücü 3 azyaşlı piyadanı vurub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 30-u axşam saatlarında Ust-Kutskom rayonunun Zayarnovo qəsəbəsində qeydə alınıb. Bu barədə DİN Baş İdarəsinin regionu üzrə mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Nissan Datsun” markalı avtomobilin 43 yaşlı sürücüsü içkili vəziyyətdə 3 azyaşlı piyadanı vurub. Nəticədə piyadalardan 11 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Polis hadisənin digər təfərrüatlarını araşdırır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man