Hindistanın Jammu və Kaşmir ştatında avtomobilin dərəyə yuvarlanması nəticəsində 11 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Punç dairəsinin Pir Ki Qali aşırımında qeydə alınıb. Bu barədə “NTDV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ölənlərdən 9-u tələbə olub. Yaralılar xəstəxanalara çatdırılıblar.
Qəzanın baş vermə səbəbləri məlum deyil.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man