"Dollarla kreditim var idi" - Araz Əlizadə

Gündəm 07 Mart 2019 | 14:50
OXUNUB: 2369
"Azərbaycanda kreditlərin faiz dərəcəsi çox yüksəkdir. Bu da möhtəkirliyə gətirib çıxarır”

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərin həllinə dair imzaladığı fərmanı şərh edən millət vəkili Araz Əlizadə bildirib.

Araz Əlizadənin sözlərinə görə, devalvasiya baş verəndə gərək dollarla olan kreditlər köhnə qiymətlə hesablanardı: "Təsəvvür edin, ət alırsız, üç gün sonra qiyməti qalxır. Qəssab gəlir evinizə ki, ətin qiyməti qalxıb, yeni qiymətlə əlavə ödəniş edin. Bu kreditdir, əmtəədir. Sən bunu 1 manatdan satmısan, sabah gəlib deyə bilmərsən ki, 1.80 manatdan ödə”.

Millət vəkili dollarla kredit götürdüyünü də açıqlayıb:
"Mənim də dollarla kreditim var idi. Maşın almışdım. Nəhayət ki, ödədim. Dolların kursu 1.05 olanda götürmüşdüm. Bilmirəm, mənə kompensasiya düşür, yoxsa yox. Düzü, bununla maraqlanmamışam. Amma 1.70-lə ödəmişəm”.Yenicag
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man