Bu gün Qaradağ rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli məhkəməsi keçirilib.
Məhkəmənin qərarı ilə Ə.Sadıqbəyli azadlığa buraxılıb.
İttihama görə, Əbülfəz Sadıqbəyli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə təqsirləndirilir.
O, "Nikoil Bank" adından saxta sənəd hazırlayıb ondan istifadə etməklə bankın krediti ilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək maşını öz mülkiyyətinə keçirib daha sonra satmaqda ittiham edilib. İstintaq zamanı banka dəyən borc ödənilib.