Telefonlarınızı daha dinləyə bilməyəcəklər

05 Mart 2019 | 16:30
OXUNUB: 3181
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi telefon söhbətlərini dinləməyə icazə verən proqramı bağlayacaq.
 
Bu haqda tanış mənbələrə istinadən "The Wall Street Journal” bildirib.
 
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu proqrama artıq ehtiyac yoxdur.
Nümayəndələr Palatasının milli təhlükəsizlik üzrə məsləhətçi Lyuk Marreyanın sözlərinə görə, proqram yarım il əvvəl fəaliyyətini dayandırıb.
 
Xatırladaq ki, 2013-cü ildə Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı sözügedən proqramı məxfilikdən çıxarıb. O iddia edirdi ki, ABŞ xüsusi xidmət orqanları elektron yazışmaları və müxtəlif ölkələrin vətəndaşlarının danışıqlarını izləyir. Bundan sonra, ABŞ hakimiyyəti Snoudeni casusluqda ittiham edib. Snouden ABŞ-ı tərk edərək 2013-cü ildə Rusiyaya gəlib və burada yaşamaq üçün sənəd alıb.Publika
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man