Türkiyənin Antalya vilayətində turistlərin olduğu mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 4-ü uşaq olmaqla 11 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 15-i Qumluca-Antalya magistral yolunun 7-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, qəzada yaralanan 7-si özbəkistan və rusiya vətəndaşıdır.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man