Bakının Nizami rayonunda "Mercedes" və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza zamanı maşınların sürücüləri ilə yanaşı iki azyaşlı - 7 yaşlı İsmayılova Xədicə Ramil qızı və 3 yaşlı İsmayılova Turqut Ramil qızı da xəsarət alıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Onlara müvafiq olaraq bədənin yumşaq toxumalarının əzilməsi və kəllə-beyin travması diaqnozu qoyulub. Hər iki yaralı ambulator müalicəyə buraxılıb.
***01:14
Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Qara Qarayev metrostansiyası yaxınlığında "Mercedes" və BMV markalı avtomobillərin toqquşması nəticəsində maşınların sürücüləri – müvafiq olaraq 1979-cu il təvəllüdlü Rəhmanov Rasim Muxtar oğlu və 1995-ci il təvəllüdlü Bilalov Azər Aydın oğlu xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdiriliblər. R.Rəhmanova bud nahiyəsinin sınığı, A.Bilalova isə göz qapağının cırılmış yarası diaqnoz qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man