Masallı rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayon ərazisində, şərti olaraq "Stansiya" adlandırılan yerdə qeydə alınıb. Belə ki, "Ford" markalı avtomobil Masallı rayon sakinləri - 1989-cu il təvəllüdlü Şahbazov Fərhad Valeh oğlunu və 1993-cü il təvəllüdlü Hüseynov Anar Aydın oğlunu vurub. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man