Misirdə iki sərnişin avtobusunun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Qahirə-Helvan dairəvi avtomobil yolunda qeydə alınıb. Bu barədə "Youm7" portalı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 14 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Misirdə hər ilə yol infrastrukturunun bərbad olması ilə əlaqədar baş verən qəzalarda 12 min insan həyatını itirir.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man