Türkiyənin Qırıqqala vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza iyunun 12-si gecə saatlarında Qırıqqala-Ankara magistral yolunun 3-cü kilometrliyində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan TIR, yük maşını və mikroavtobus toqquşub. Mikroavtobusda olan 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.
Hadisə yerinə xeyli sayda səhiyyə, xilasetmə və polis briqadaları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
D-200 Ankara trası 1 saatlıq nəqliyyatın hərəkətinə bağlı qalıb.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man