Ekskursiya avtobusu aşdı: 3 ölü, 13 yaralı

Yol qəzaları 11 İyun 2019 | 16:54
OXUNUB: 927

Tayvanda ekskursiya avtobusunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza iyunun 10-u axşam saatlarında Taypey-Qaosyun avtomagistralında qeydə alınıb. Bu barədə “ChinaNews” agentliyi məlumat yayıb.

Bildirilir ki, hərəkətdə olan avtobus trasın Çjanhua rayonundan keçən hissəsində anidən idarəetmədən çıxaraq dəmir baryerlərə çırpılıb və aşıb.

Hadisə zamanı avtobusda sürücü ilə birlikdə 16 nəfər olub.

33 yaşlı avtobus sürücünün sözlərinə görə, o yola düşən bir əşya görüb və ondan qaçmaq üçün manevr etmək istəyib. Lakin sərnişinlər iddia edirlər ki, qəzaya sürücünün psixoloji vəziyyəti səbəb olub.

Polis insidentlə bağlı araşdırma aparır.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man