Pakistanda 20 insanın olduğu mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident ölkənin Beludjistan əyalətində qeydə alınıb. Bu barədə “The Express Tribune” qəzeti iyunun 3-ü məlumata yayıb.
Nəşrin məlumatına görə, qəza mikroavtobusda yaranan texniki nasazlıq səbəbindən baş verib.
Sərnişin daşıyan mikroavtobus Kvettadan Zhoba marşrutu üzrə hərəkət edirmiş.
Yaralılar Kvettada olan xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man