Abşeron rayonu Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1967-ci təvəllüdlü Məmmədova Elnarə Məmməd qızı yolu keçərkən onu maşın vurub. Nəticədə ağır bədən xəsarətləri alan piyada 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Məmmədova Elnarənin həyatını xilas etmək olmayıb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man