Meksikada yük maşınının avtobusla toqquşması nəticəsində 20 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Verakruz ştatında qeydə alınıb. Bu barədə “Proceso” portalı məlumat yayıb.
Portalın məlumatına görə, yük maşını zəvvarları daşıyan avtobusa çırpılıb.
İlkin məlumata görə, qəzaya yük maşının əyləcində yaranan nasazlıq səbəbindən baş verib.
Toqquşam o qədər güclü olub ki, avtobus yoldan çıxaraq aşıb və yanmağa başlayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man