Lənkəran rayonunda baş verən ağır yol qəzasında üç nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Səpnəkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Astara rayon Maşğan kənd sakini 1990-cı il təvəllüdlü Pərviz Xangəldi oğlu Hüseynovun idarə etdiyi "VAZ - 2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə sürücü özü və iki sərnişini xəsarət alıblar. Yaralılar Təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Sürücü, P.Hüseynova sağ bazunun aşağı 1/3-nin açıq sınığı, qapalı kəllə beyin travması, sərnişin Lənkəran rayonu Xanbulan kənd sakini 1989-cu il təvəllüdlü Ayaz Qafar oğlu Babayevə sağ baldır sümüyünün yerdəyişən çoxqəlpəli sınıqları, qapalı kəllə beyin travması diaqnozları qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərniş - Lənkəran rayonu Bürcəli kənd sakini 1981-ci il təvəllüdlü Ramin Aslan oğlu Aslanov isə sifət nahiyəsindən xasəratə alıb. Ona ilkin tibbi yardım göstərilərək evə buraxılılıb. Qəzaya səbəb kimi sürücünün yuxulaması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man