Kürdəmir rayonunun Bakı prospektində yol qəzası zamanı avtomobil yanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1964-cü il təvəllüdlü yerli sakin Kərimov Tahir Vəkil oğlunun idarə etdiyi "10-VH-988" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili 1982-ci il təvəllüdlü yerli sakin Qəniyev Natiq Fariz oğlunun idarə etdiyi "90-HZ-421" dövlət qeydiyyat nişanli "Mercedes"lə toqquşub. Nəticədə T.Kərimovun idarə etdiyi avtom avtomobil yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man