Bakının Xətai rayonunda 31 yaşlı kişini avtomaşın vurub. Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsində baş verib. Minik avtomobili 1988-ci il təvəllüdlü Paşayev Elmin Hatəm oğlunu vurub. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və sol ayağın əziyi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilən E.Paşayevin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man