Ələt-Astara avtomobil yolunun Neftçala rayonundan keçən hissəsində baş verən ağır yol qəzası zamanı yaralananların şəxsiyyəti məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.
*** 06:43
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib. Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***06:27
Ələt-Astara magistralında ağır yol qəzası baş verib. Hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb. Qəza zamanı 3 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Hazırda hadisə yerinə "təcili yardım" maşınları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man