Türkiyənin Dənizli vilayətində servis avtobusu minik maşını ilə toqquşub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə mayın 22-si səhər saatlarında Mərkəzəfəndi rayonu, Şirinköy küçəsində qeydə alınıb.
Məlumata görə, orta məktəb şagirdlərini daşıyan Kudsi Kabalar idarə etdiyi avtobusu, sağ tərəfdəki yoldan əsas yol çıxmaq istəyən Adil Kabacanın idarə etdiyi avtomobili vurub.
Nəticədə biri müəllim, biri valideyn, ikisi sürücü və 10-nu şagird olmaqla 14 nəfər xəsarət alıb.
Yaralılar insidentin baş verdiyi yerə gələn təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man