Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Avtosfer.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın-Sarıcalar avtomobil yolunda baş verib.
Cəlilabad rayonunun Alar kənd sakini, 1997-ci il təvəllüdlü Quliyev Kənan Namiq oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb. Xəsarət alan sürücü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man