Bərdə sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib. 1977- cü il təvəllüdlü Mehrac Məhərrəmov "Kamaz" markalı yük avtomobilinin təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb. Nəticədə M.Məhərrəmov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man