Türkiyənin Ankara şəhərində idarə etmədən çıxan sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Canqaya rayonu, Atatürk bulvarında qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu Mitahatpaşa küçəsinin çıxışında bir nəqliyyat vasitəsi tərəfindən sıxışdırılaraq, yolun yağışlı və sürüşkən olması da qəzanı qaçılmaz edib və avtobus dəmir arakəsmələr çırpılıb. Toqquşmanın şiddətindən 10 sərnişin xəsarət alıb.
Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadaları gəlib.
Yaralılar təcili tibbi yadım maşınları ilə ərazidə yerləşən xəstəxanalara yerləşdirilib.
Qəzadan sonra danışan avtobus sürücüsü, onu sıxışdıran avtomobilin sürücüsünün qaçdığını bildirib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man