Goranboyda iki maşın toqquşdu: sürücülərdən biri xəstəxanaya yerləşdirilib

Yol qəzaları 08 May 2019 | 10:59
OXUNUB: 658

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Goranboy - Goran avtomobil yolunda baş verib. “VAZ-21099” markalı minik maşını qarşıdan gələn markası tam müəyyənləşdirilməmiş digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində biri yüngül olmaqla, iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Durumu və xəsarəti daha ciddi olan “VAZ”-ın sürücüsü, 1955-ci il təvəllüdlü Goranboy sakini Kamran Vəli oğlu Məmmədov rayon xəstəxanasına yerləşdirilib. Yaralının müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man