Mayın 4-ü səhər saatlarında Venesuelanın Miranda ştatında qəzaya uğramış hərbi helikopterin göyərtəsində olan 7 nəfərin hamısı həyatını itirib.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Globovision” portalı məlumat yayıb.
Helikopter dağlıq ərazidə aşkarlanıb.
bildirilib ki, ölənlər arasında 3 kapitan, 2 mayor və 2 polkovnik leytenant olub.
**** 20.38***
Venesuellada içində 7 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə mayın 4-ü Miranda ştatının El-Atilio bələdiyyə sədri Elias Saye məlumat verib.
Elias Saye öz “Twitter” səhifəsində yazıb ki, “Amerika helikopteri 7 nəfərlik heyətlə, bu səhər yaşıl zonada yerləşən Oripotoya düşüb - dəqiq desək El-Volkaneyə. Bizim El-Atilio Mülki Müdafiə Qüvvələrinin komandası axtarışlarda iştirak edir”.
Qeyd edək ki, ekipaj və sərnişinlərin taleyi barədə məlumat verilmir.
İlkin məlumatlara görə, ola bilsin söhbət “Bell 412” helikopterindən gedir.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man