Rusiyanın Şeremetyev hava limanında Xüsusi maşın sərnişin təyyarəsi ilə toqquşub.
Məlumatı ilk “112” teleqram-kanalı yayıb. Məlumatda bildirilib ki, xüsusi maşın “Nordwind airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə çırpılıb. Buna səbəb kimi sürücünün ya sükan arxasında yatması, ya da huşunu itirməsi olub.
Avtosfer.az xəbər verir ki, Şeremetyevdən “RİA Novosti”yə faktı təsdiqləyiblər.
Hava limanından bildiriblər ki, qəza anından hava gəmisi dayanacaqda, sərnişinsiz və ekipajsız olub.
Hadisə yerinə müstəntiqlər cəlb olunub. Sürücü tibb müəssisəsinə yerləşdirilib.
Toqquşma faktı ilə bağlı araşdırma aparılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man