Ucar rayonunda ölüm hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 230-cu kilometrliyində, rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, 1966-cı il təvəllüdlü Əşrəf Sərafəddin oğlu Nəbiyev idarə etdiyi "KamAZ" markalı yük maşınının təkərini dəyişən zaman ürək tutmasından ölüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man